Xəbər lenti

NATO ilə müharibə təhlükəsi yaranarsa, Estoniya Rusiyaya hücum edə bilər
Dünya 10:48 19.09.2024

NATO ilə müharibə təhlükəsi yaranarsa, Estoniya Rusiyaya hücum edə bilər

Şimali Atlantika Alyansının yeni planı Rusiyanın hücumu zamanı Estoniyanın təcavüzkarın ərazisinə cavab zərbəsi endirmək hüququna malik olmasını nəzərdə tutur.

Qaynarinfo ERR-ə istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin Birləşmiş Qərargah rəisi Vahur Karus deyib.

General-mayorun sözlərinə görə, müəyyən məqama qədər NATO-nun müdafiə planında Estoniya ordusunun alyansın müttəfiqlərinin köməyi gələnə qədər təxminən 10 gün rusiyalılara qarşı müstəqil müqavimət göstərməsi nəzərdə tutulurdu.

Bununla belə, onun sözlərinə görə, NATO-nun yeni planı ondan ibarətdir ki, Estoniyaya hücum olarsa, ölkə ordusu öz ərazisində Rusiya qoşunlarını məğlub etmək hüququna malikdir. Xüsusilə, bu, Estoniyaya hücum etməyi planlaşdıran Rusiya qoşunlarının dislokasiya yerlərinə hücumlara aiddir.

"Bu, çox böyük dəyişiklikdir. Bu, Ukraynadakı müharibənin bir çox NATO müttəfiqlərinə gətirdiyi dəyişiklikdir. Biz artıq çəkiclə başımıza zərbə endirməyi gözləyə bilmərik, amma bəzi şeyləri edə bilmək üçün birinci olmalıyıq", - Karus bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->