Xəbər lenti

Naftalandakı iki sanatoriyada yoxlama aparıldı - Vətəndaşların hüquqları pozulub
Ekonomiks 16:47 13.08.2024

Naftalandakı iki sanatoriyada yoxlama aparıldı - Vətəndaşların hüquqları pozulub

"Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi" MMC-də və "Sehirli Naftalan" sanatoriyası barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, sözügedən istirahət mərkəzlərində Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı pozuntular aşkarlandığı üçün hər iki sanatoriya rəhbərliyi barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
 


İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Hər iki işə 27.08.2024-cü il tarixində Naftalan Şəhər Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->