Tovuzun "Turan" klubunun klubunun keçmiş prezidenti, iş adamı Musa Süleymanov məhkəməyə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir.
Qurumun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanın icraatındadır.
Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsinə dair mübahisələrdir. İşin detalları məlum deyil.
Musa Süleymanov Azərbaycanın kifayət qədər tanınmış iş adamlarından biridir. O, 90-cı illərdən biznes fəaliyyətinə başlayıb. 1991-ci ildə "Simurg-M" Firmasını təsis edib. 1998-ci ilə qədər firmanın rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildə isə "Simurg-M" Tele-Radio Kompaniyasını təsis edib.
Hazırda "ADO-G İnşaat, Təchizat və Quraşdırma" MMC-nin prezidenti və "B.Sərdarov adına Maşınqayırma zavodu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri vəzifəsində işləyir.
Musa Süleymanov 2014-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildə isə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Seyid
Şərhlər