Xəbər lenti

Müdafiə naziri:
Dünya 12:09 16.05.2024

Müdafiə naziri: "Fikonun vəziyyəti stabilləşib, lakin vəziyyət ciddidir"

Slovakiyanın baş naziri Robert Fikonun vəziyyəti həqiqətən ciddidir. 

Qaynarinfo xəbər verir ki, bunu ölkənin müdafiə naziri Robert Kaliniak bildirib. 

Onun sözlərinə görə, sui-qəsddən sonra həkimlər baş nazirin vəziyyətini gecə saatlarında stabilləşdirə biliblər.

"Gecə ərzində həkimlər onun vəziyyətini stabilləşdirə biliblər və bu dəqiqələrdə onun vəziyyətini yaxşılaşdıracaq əlavə tədbirlər görülür. Durumu həqiqətən ciddidir", deyə Kalinyak jurnalistlərə bildirib.

"Fikonun vəziyyəti stabildir", bunu isə Ekologiya Nazirliyinin dövlət katibi Filip Kuffa "Facebook"da bildirib.

"Dennik N" qəzeti xəstəxananın direktoru Miriam Lapunikovaya istinadən yazıb ki, baş nazir beş saat əməliyyat otağında olub. Hökumət başçısı hələ də reanimasiya şöbəsindədir. 

Qeyd edək ki, mayın 15-i axşam saatlarında Slovakiyanın baş naziri Robert Fiko Gandlova şəhərində Nazirlər Kabinetinin iclasından sonra baş verən atışmada yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, tədbirin sonunda siyasətçi yerli sakinlərə yaxınlaşıb. Sonra izdihamdan bir neçə atəş səsi eşidilib və Fiko yerə yıxılıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, Fikonu 71 yaşlı yazıçı Juraj Cintula vurub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->