Xəbər lenti

Moskvada Azərbaycan dili üzrə imla aksiyası keçirilib
Ölkə 19:27 30.04.2022

Moskvada Azərbaycan dili üzrə imla aksiyası keçirilib

Rusiya Azəbaycanlı Gənclər Birliyinin (AMOR) təşəbbüsü, MDB və Yaxın Şərq ölkələrinin dilləri və mədəniyyətləri kafedrası, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Moskva Dövlət Dilçilik Universitetində "Azərbaycan dili üzrə imla” adlı təhsil aksiyası təşkil edilib.

"Report”un Rusiya müxbiri xəbər verir ki, aksiyanın məqsədi Azərbaycan dilinin öyrənilməsi, qorunub saxlanması və məşhurlaşdırılması, həmçinin bu dildə düzgün yazı mədəniyyətinə diqqətin cəlb edilməsidir.

Müsabiqənin qalibləri və mükafatçıları kitab mağazasına hədiyyə sertifikatları ilə mükafatılandırılıb. Tədbirin sonunda iştirakçılara fərmanlar və milli şirniyyatlar verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->