Xəbər lenti

Modriç rekord vurdu:
İdman 13:34 15.08.2024

Modriç rekord vurdu: "Real"la 27-ci kubok

"Real Madrid" İtaliya "Atalanta"sını 2:0 hesabı ilə məğlub edərək 2024-cü ildə UEFA Super Kubokunun qalibi olub.

Qaynarinfo xəbər verir ki, "Real Madrid"in əfsanəvi yarımmüdafiəçisi 38 yaşlı Luka Modriç Rodriqonu əvəzləyərək oyunun sonlarında meydana çıxıb və növbəti kubokunu qazanıb.  

Modriç artıq "Real Madrid" ilə 27-ci kuboka sahib çıxıb. Bununla da xorvat Madrid klubunun tarixinin ən titullu futbolçusu olub.

Modriç 26 kuboku olan keçmiş komanda yoldaşı Naçonu geridə qoyub. Müdafiəçi ötən mövsüm başa çatdıqdan sonra "Real"dan ayrılıb.

Sağ cinah müdafiəçisi Dani Karvaxal artıq 26 titul həddinə çatıb. Kərim Benzema və Marselo "Los Blancos” üçün hərəyə 25 kubok qazanıblar.

Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Yarımmüdafiəçi komandanın heyətində 535 oyun keçirib və 39 qola imza atıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->