Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının fəxri sədri olmuş milyarder və xeyriyyəçi Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstanın prezidenti ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vzqlyad" qəzeti müxalif "Pirveli" telekanalına istinadən məlumat yayıb.
"Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, növbəti beş il ərzində ciddi siyasi immunitet əldə edəcək", deyə politoloq Gia Xuxaşvili qeyd edib.
Qeyd edək ki, Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. Milyarder bir neçə gün əvvəl siyasətə qayıtdığını açıqlayıb. Gürcüstan mətbuatının yazdığına görə, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi olan İvanişvili partiyanın Siyasi Şurasının yeni sədri seçilib. Partiyanın sədri İrakli Kobaxidze isə bildirib ki, milyarder partiyanın fəxri sədri olacaq.
Aydın
Şərhlər