Xəbər lenti

Milli üzvü:
İdman 12:52 19.07.2024

Milli üzvü: "Messinin göz yaşları bizim üçün motivasiya oldu"

Argentina millisinin futbolçusu Rodriqo De Paul etiraf edib ki, komandanın kapitanı Lionel Messi Amerika Kubokunun finalında zədələnərək əvəzləndikdən sonra göz yaşları argentinalı futbolçular üçün motivasiya olub. 

Qaynarinfo bu barədə "Ole" nəşrinə istinadən xəbər verir.

"Leo əvəzlənəndə, bilmirəm, biz işimizi bitirdiyimizi düşündük. Ancaq güclü bir şey oldu: stadionun ekranı onun ağladığını göstərdi. İnsanlar qışqırırdı və biz bunu gördük. Sonra düşündük: "Onun xatirinə oynamalıyıq". Çox vaxt qalmamışdı, yorulduq və oyun planı ikinci plana keçdi. Və mənə elə gəlir ki, onun sayəsində hər şey düzəldi", deyə De Paul bildirib.

Qeyd edək ki, turnirin finalı Mayamidəki (ABŞ) Hard Rock Stadiumunda baş tutub. Messi zədələnərək Kolumbiya ilə final matçının 66-cı dəqiqəsində əvəzlənib. Həmin vaxt hesab 0:0 olub. Argentina əlavə vaxtda hesabı açıb. İtaliyanın "İnter" klubunun hücumçusu, argentinalı Lautaro Martinez 112-ci dəqiqədə Covani Lo Çelsonun ötürməsindən sonra yeganə qolu vuraraq komandasına qələbə qazandırıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->