Xəbər lenti

Millətlər Liqası: Azərbaycan millisi yenə uduzdu
İdman 21:54 08.09.2024

Millətlər Liqası: Azərbaycan millisi yenə uduzdu

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki "Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Millətlər Liqası
C Liqası
I qrup, II tur

8 sentyabr
Slovakiya - Azərbaycan 2:0
Qollar: Ondrey Duda, 22-pen. David Strelec, 26.
Slovakiya: Martin Dubravka, Norbert Diomber, Milan Skriniar, Adam Obert, David Qancko, Stanislav Lobotka, Ondrey Duda, Juray Kutska, Tomas Suslov, Lukas Garaslin, David Strelec.
Ehtiyat oyunçuları: Rodak (K), Ravas (K), Pekarik, Vavro, Şatka, Bojenik, Benes, Tupta, Kozlovski, L. Sauer, Duriş, Bero.
Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsaev, Emil Mustafayev, Toral Bayramov, Ozancan Kökçü, Renat Dadaşov.
Ehtiyat oyunçuları: Rza Cəfərov (K), Yusif Imanov (K), Xəyal Nəcəfov, Şəhriyar Əliyev, Coşqun Diniyev, Emin Maxmudov, Ramil Şeydaev, Rüstəm Əhmedzadə, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Qismət Əliyev, Abbas Hüseynov.
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, "Koşitse Futbol Arenası”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->