Xəbər lenti

“Microsoft” üzə çıxardı: Rusiyanın Ukraynaya paralel hücumları - Hərbi və kiber...
Texnologiya 16:33 28.04.2022

“Microsoft” üzə çıxardı: Rusiyanın Ukraynaya paralel hücumları - Hərbi və kiber...

"Microsoft" şirkəti Rusiyanın Urkaynaya qarşı aşkarladığı kiberhücumları açıqlayıb.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə şirkət yeni hesabatında bildirib. 

Şirkətin məlumatına görə, Rusiya hökumət hakerləri Ukraynaya qarşı Moskvanın hərbi əməliyyatını və onlayn təbliğat kampaniyasını dəstəkləyən çoxsaylı kiber əməliyyatlar həyata keçirib.

Əvvəllər açıqlanmayan bu müdaxilələr kiber hücumların hərbi münaqişədə əvvəllər bilinəndən daha artıq rol oynadığını nümayiş etdirib. 

Araşdırmaya görə, kiber hücumlar 24 fevral hücumundan bir il əvvəldən başlayıb və onların bir sıra hərbi tapşırıqlar üçün zəmin hazırladığı güman edilir. 

"Mircosoft" 23 mart-8 aprel arası Ukraynanın daxilində Rusiyanın 38 dağıdıcı kiber hücumunu qeydə aldığını bildirib. 

Ekspertlər yeni tapıntıların müasir müharibənin rəqəmsal və kinetik hücumları necə birləşdirdiyini göstərdiyini deyirlər.

"Rusiyalı generallar və kəşfiyyatçılar döyüş meydanında mübarizə apararkən kiberhücumları özlərinin müharibə səylərinin tərkib hissəsi etməyə çalışıblar”, Con Hopkins universitetinin professoru Tomas Rid deyib. 

"Microsoft" deyir ki, Rusiyanın kiber hücumları və hərbi əməliyyatları müəyyənləşdirdikləri hədəfə qarşı tandemdə çalışıblar. Məsələn, martın 1-də Kiyevin televiziya qülləsinə hücumla eyni gündə paytaxtdakı media şirkətləri dağıdıcı kiber hücuma və kiber casusluğa məruz qalıblar. 

Başqa bir hadisədə isə şirkətin kiber təhlükəsizlik komandası Sumı şəhərində Ukraynanın kritik infrasturukturunda şübhəli rusiyalıların fəaliyyətini müşahidə ediblər. İki həftə sonra isə ərazidə elektrik kəsilib. 

Bundan əlavə, rus hakerlər Vinnitsa şəhərinin hökumət şəbəkəsinə daxil olandan iki gün sonra şəhərin hava limanı raket zərbəsi ilə dağıdılıb.
Ukraynanın kiber təhlükəsizlik üzrə baş rəsmisi Viktor Zora bildirib ki, Rusiyanın yerli media orqanları və elektrik şəbəkələrinə qarşı kiber hücumları hələ də davam edir. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->