"Microsoft" şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya üzrə prezidenti Mişel Simons Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə şirkətin Qazaxıstan ofisinin çoxregional mərkəzə çevrilməsi barədə məlumat verib. Onun fəaliyyəti Azərbaycanı da əhatə edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Kasım-Jomart Tokayevə məlumat verilib ki, "Microsoft"un Qazaxıstandakı ofisi Mərkəzi Asiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanda fəaliyyətlərin əlaqələndirilməsinə cavabdeh olan çoxregional mərkəzə çevriləcək", deyə mətbuat xidmətinin bəyanatında qeyd edilir.
Prezident Tokayev bildirib ki, Qazaxıstan innovasiyaları və iqtisadi artımı təşviq etmək üçün süni intellektdən istifadə üçün qanunvericilik bazasını fəal şəkildə inkişaf etdirir.
O, həmçinin qeyd edib ki, 2025-ci ilə qədər ölkədə Qazaxıstanın rəqəmsal transformasiya infrastrukturunun mühüm elementinə çevriləcək Milli Süni İntellekt Mərkəzinin yaradılması planlaşdırılır.
Aydın
Şərhlər