Xəbər lenti

Mənsum İbrahimov:
Ölkə 16:53 12.08.2024

Mənsum İbrahimov: "Xankəndiyə səfərimdən qürur duydum"

Xalq artisti Mənsum İbrahimov Xankəndi səfərindən danışıb. 

Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, qələbədən sonra Xankəndiyə ilk səfəridir.

"Xankəndi ilə bağlı təəsüratlarımı sözlə ifadə etməyə çətinlik çəkirəm. 30 ildən sonra torpağımıza getmişik. Onun üstündə addımlamaq çox qürurvericidir. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin ki, böyük bir qururu, zəfəri bizə yaşadıblar", deyə Mənsum İbrahimov bildirib.

Mənsum İbrahimov qeyd edib ki, bunun özü dünyaya bir mesajdır:

"Artıq bu torpağın sahibi qayıdıb. Bu bizim əbədi torpağımızdır, orada əbədi məskunlaşıb, yaşayacağıq".

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->