Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşanı dövlətçiliyini itirməklə hədələyərək, "Moskvanın təhlükəli düşməni" adlandırıb. Varşavanın buna cavabı gevikməyib.
Qaynarinfo xəbər verir ki, Medvedev noyabrın 2-də "Rossiyskaya qazeta” üçün böyük
məqalə yazıb.
O, özünəməxsus tərzdə Rusiya təbliğatının, xüsusən də Varşavanın Ukraynanın qərb bölgələri ilə bağlı "iddiaları” və "çılğın Polşa rusofobiyası” haqqında narrativləri təkrarlayıb, Rusiya, Belarus və Polşa arasında müharibəni istisna etməyib.
Medvedevin məqaləsində deyilir: "Tarix təkəbbürlü polyaklara dəfələrlə amansız hökm verib: revanşist planlar nə qədər iddialı olsa da, onların süqutu bütün Polşa dövlətçiliyinin ölümü ilə nəticələnə bilər".
Polşa baş naziri aparatının dövlət katibi Stanislav Jarin bildirib ki, Medvedevin aqressiv məqaləsində Kreml Polşa və NATO-ya qarşı təhdidlərlə dolu nifrət nümayişidir.
"Qeyd etmək lazımdır ki, o, Rusiyanın Almaniyaya enerji əməkdaşlığının bərpası və "Şimal axını 2” layihəsinin işə salınması ilə bağlı təkliflər göndərdiyi və özünü dünyaya sülh danışıqlarına və Ukraynaya qarşı müharibədə atəşkəsə hazır olan ölkə kimi təqdim etdiyi bir vaxtda dərc olunub”, deyə RFM24 onun sözlərindən
sitat gətirir.
Jarin hesab edir ki, Medvedevin bu cür hücumları Avropanı yeniləmək və onu işğalçı ölkə ilə iqtisadi və siyasi əməkdaşlığa qaytarmaq cəhdləridir.
Nizami Bağırov
Şərhlər