Noyabrın 24-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Qaynarinfo-ya nazirlikdən bildirilib.
Məlumata görə, qəbulda iştirak etmək istəyənlər Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-56-25) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Şərhlər