Xəbər lenti

Mask Kadırova həqiqətən “Tesla” kiber yük maşını hədiyyə edibmi? (VİDEO)
Video 10:31 19.08.2024

Mask Kadırova həqiqətən “Tesla” kiber yük maşını hədiyyə edibmi? (VİDEO)

"Tesla”nın qurucusu İlon Mask Çeçenistanın rəhbəri Ramzan Kadırovun bir neçə gün əvvəl amerikalı sahibkardan hədiyyə olaraq "Tesla” kiber yük maşını aldığını iddia edən açıqlamasını təkzib edib.

Qaynarinfo xəbər verir ki, Mask amerikalı yazıçı, professor və siyasi şərhçi Set Abramsonun X şəbəkəsindəki yazısına cavab olaraq qeyd edib.

Abramson avtomatın quraşdırıldığı kiber yük maşınında Kadırovun videosunu yayıb və "heyrətdə” olduğunu qeyd edib.

"Mən heyrət içindəyəm. ABŞ West Point Hərbi Akademiyası İlon Maskı spiker olmağa dəvət edir, Mask isə Amerikanın sanksiyaya məruz qalmış düşmənlərini hərbi istifadəyə hazır maşınlarla təmin edir? Niyə bu gün bu, Amerikada ən böyük hadisəyə çevrilmir? Niyə? "West Point" açıq şəkildə Birləşmiş Ştatlara qarşı işləyən bir adamın qarşısında ovsunlanır?" - Abramson bu tvitində Maskın adını yazıb və etiketləyib.

"Tesla”nın qurucusu şərhlərə gəlib və təhqiredici bir şəkildə kiber yük maşını Kadırova verdiyini inkar edib. 

Mask yazıb: "Sən o qədər geridə qalırsan ki, mənim rus generalına kiber yük maşını verdiyimi düşünürsən? Bu heyrətamizdir".

Bundan əvvəl Çeçenistanın rəhbəri Ramzan Kadırov "Tesla”nın qurucusu İlon Maskdan "Tesla” kiber yük maşını alması ilə öyünüb və bu avtomobili Ukraynadakı müharibəyə göndərəcəyini vəd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->