Xəbər lenti

Mariupoldan təxliyə edilən ukraynalı “Azovstal” bunkerindəki dəhşətlərdən danışdı
Dünya 23:22 02.05.2022

Mariupoldan təxliyə edilən ukraynalı “Azovstal” bunkerindəki dəhşətlərdən danışdı

Nataliya Usmanova Mariupol şəhərindəki "Azovstal” dəmir zavodunun bunkerindən bazar günü təxliyə edilmək üçün çıxarılıb.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, Nataliya son iki ayı Stalin dövründə tikilmiş bu bunkerdə Rusiya bombardmanının dəhşəti içində keçirib.

"Mən qorxurdum ki, bunker buna tab gətirməyəcək – çox qorxurdum”, - Usmanova keçdiyi dəhşətləri xatırlayaraq deyir.

"Bunker silkələnməyə başlayanda mən isteriyaya düşdüm, həyat yoldaşım şahiddir. Bunkerin çökəcəyindən çox qorxurdum”, - o deyir.

Nataliya bunkerdə qorxunun insanların həyatını necə sarsıtdığını, orada oksigen çatışmazlığını xatırlayır və uzun müddət günəşi görmədiklərini deyir.

"Siz sadəcə təsəvvür edə bilməzsiniz biz orda necə bir terror yaşadıq. Mən orada yaşamışam, bütün həyatımı orda işləmişəm, ancaq orda gördüklərimiz dəhşət idi”, - o deyir.

Prezident Zelenski bildirib ki, yüz nəfərə yaxın insan, əsasən qadın və uşaqların Ukrayna nəzarətində olan Zaparojiye çatacağı gözlənilir.

"Müharibə başlayandan bu yana ilk dəfə bu vacib ehtiyac duyulan humanitar dəhliz işləməyə başladı”,- prezident Zelenski bildirib.

Mariupolda 100 min insanın mühasirədə qaldığı bildirilir. Bunlardan 1000 mülki vətəndaş və 2000 hərbçi şəhərdəki "Azovstal” zavodunun bunkerində gizlənib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->