Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada formasını geyindiyi "Nürnberq"də növbəti dəfə fərqlənib.
Qaynarinfo xəbər verir ki, XI turda "Hamburq"la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.
27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Məhz Mahirin qolu 15-ci dəqiqədə hesabda geri düşən Nürnberq təmsilçisini məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, "Hamburq" - "Nürnberq" görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Şərhlər