Xəbər lenti

Lavrov Putinin təkliflərini Ukraynada sülh üçün ən real əsas adlandırdı
Dünya 19:20 21.06.2024

Lavrov Putinin təkliflərini Ukraynada sülh üçün ən real əsas adlandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezident Vladimir Putinin Ukrayna ərazisində münaqişənin həlli şərtləri ilə bağlı təklifləri Moskvanın dördüncü sülh təşəbbüsü olub. Onun sözlərinə görə, Rusiya dövlət başçısının son bəyanatları sülh danışıqlarına başlamaq üçün ən real əsasdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb

"Ən real əsası prezident Putin təklif edib”, - Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib. 
Rusiya XİN rəhbərinin dediyi kimi, Moskva artıq Kiyevə münaqişənin 2014, 2015 və 2022-ci illərdə həllini təklif edib. O, həmçinin əlavə edib ki, sazişlərin bütün əvvəlki versiyaları Ukrayna ərazilərinin 1991-ci il sərhədləri daxilində saxlanılmasını ehtiva edir. Onun sözlərinə görə, Qərb ölkələri indi başa düşməlidir ki, Ukrayna uğursuz danışıqlardan sonra ərazilərini itirir.

Xatırladaq ki, iyunun 14-də Vladimir Putin Ukraynadakı münaqişənin həlli şərtlərini açıqlayıb. O, bəyan edib ki, "DXR”, "LXR”, Zaporojye və Xerson vilayətləri beynəlxalq müqavilələr səviyyəsində Rusiyanın tərkib hissəsi kimi tanınmalıdır. Bundan əlavə, Kiyev bloklara qoşulmamaq və nüvəsiz statusunu möhkəmləndirməli, Qərb ölkələri sanksiyaları ləğv etməlidir. Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putinin təkliflərini ultimatum adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->