İstintaq 2022-ci ilin oktyabrında Krım körpüsündə işə salınmış partlayıcı qurğunun Rusiya ərazisinə daşınmasını təşkil etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Aleksandr İnasaridze və Ukrayna vətəndaşı Sergey Andreyçenkonu dövlətlərarası axtarışa verib.
Qaynarinfo xəbər verir ki, 2022-ci il oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə partlayış baş verib, iki körpü dağılıb. Hakimiyyət hadisəni terror aktı adlandırıb və aktın Ukrayna xüsusi xidməti tərəfindən təşkil olunduğunu iddia edib.
İstintaqın məlumatına görə, terror aktında Gürcüstan vətəndaşı Aleksandr İnasaradze və Ukrayna vətəndaşı Sergey Andreyçenko da iştirak edib. İnasaradze martın 26-da qiyabi həbs edilib.
Gürcüstan vətəndaşı Aleksandr İnasaridze və Ukrayna vətəndaşı Sergey Andreyçenko təqsirləndirilən şəxslərin iş materiallarında göstərildiyi kimi dövlətlərarası axtarışa verilib.
TASS-ın verdiyi xəbərə görə, hər iki şəxs insan ölümü ilə nəticələnən terror aktında, partlayıcı maddələrin qanunsuz əldə edilməsində və partlayıcı maddələrin qaçaqmalçılığında ittiham olunur.
Yada salaq ki, istintaqın məlumatına görə, Krım körpüsündə partlayan partlayıcı qurğu tikinti polietilen plyonkalarında kamuflyaj edilib. Yük Odessadan Bolqarıstana, oradan Gürcüstana, oradan isə Ermənistana göndərilib. Daha sonra Simferopola gedən Rusiya vətəndaşı Mahir Yusubovun yük maşınına yüklənib.
İstintaq hesab edir ki, bütün marşrut üzrə yüklərin hərəkətinə özünü İvan İvanoviç kimi təqdim edən Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatçısı nəzarət edib. Eyni zamanda o, iki telefon nömrəsindən istifadə edib - onlardan biri anonim, ikincisi isə Ukrayna vətəndaşı, Kremençuq şəhərinin sakini Sergey Andreyçenkonun adına qeydiyyatda olub.
Politoloq Aleksey Malaşenko iddia edir ki, Rusiya Federal Təhlükəszilik Xidmıtinin Krım körpüsündəki partlayışın səbəbləri ilə bağlı bəyanatı çoxmərhələli xarakter daşıdığından şübhələr yaradır. Jurnalist Maksim Şevçenko isə bildirib ki, hələlik təhlükəsizlik qüvvələrinin bəyanatını təkzib etmək üçün heç bir arqument yoxdur. Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov isə əksinə, vurğulayıb ki, təhlükəsizlik qüvvələrinin versiyası inandırıcı görünmür və şübhəlilər təzyiqə davam gətirmir.
Aydın
Şərhlər