Xəbər lenti

Kiberdələduzların yeni fırıldağı: bu keçidlərə daxil olmayın! (VİDEO)
Video 11:10 17.03.2024

Kiberdələduzların yeni fırıldağı: bu keçidlərə daxil olmayın! (VİDEO)

"Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər.

Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Belə fırıldaqçılara inanan şəxslər məlumatlarını daxil etdikdə maddi zərərə düşürlər. Belə bir sual yaranır: banklar vətəndaşların şəxsi məlumatlarını yaxşı qorumur, yoxsa kiberdələduzlar bu işi ustalıqla həyata keçirirlər?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Azər Əlili hesab edir ki, kibercinayətkarlığa qarşı banklar hazırlıqlı  olsa da, bəzi hallarda vətəndaş ehtiyyatsızlığından belə məqamlar yaşanır.

Buna görə də bank məsuliyyət daşımır. Mütəxəssis onu da bildirdi ki, kiberdələduzlar bunun üçün qurbanı fərd olaraq seçmirlər. Kütləvi olaraq məlumat göndərirlər və inanan şəxslər səhifəyə daxil olaraq şəxsi məlumatlarını əlavə etdikdə pul vəsaitləri ələ keçirilir. 

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti də vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi  tövsiyə edir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->