Xəbər lenti

Kənd təsərrüfatı torpaqlarının məhsuldarlığını necə artırmaq olar?
Ekonomiks 18:35 08.08.2024

Kənd təsərrüfatı torpaqlarının məhsuldarlığını necə artırmaq olar?

"Fikrimcə, Azərbaycanın torpağı onun neftindən də, qazından da, qızılndan da qiymətlidir. Əgər biz ondan düzgün qaydada istifadə etsək görərik ki, torpaq bizim tükənməyən sərvətimizdir".

Bu sözləri Valyuta.az-a ekoloq Xosrov Musayev kənd təsərrüfatı torpaqlarından düzgün istifadə qaydaları haqqında danışarkən deyib. 

Xosrov Musayev bildirb ki, torpağa adətən mineral gübrəni çox veririk, lakin üzvü gübrələr torpaq üçün daha vacibdir:

"Torpağa onun strukturunu yaxşılaşdırmaqla yanaşı, onu nəm saxlayan və məhsuldarlığı artıran, eyni zamanda torpağın pH səviyyəsini tənzimləyən və torpaqda faydalı mikroorqanizmləri artıran kompostlar, biohumuslar verməliyik. Biohumus Kaliforniya soxulcanları vasitəsilə istehsal edilir. Bu soxulcanlar adi soxulcanlardan daha böyük miqdarda qida qəbul etmələri və daha fəal olmaları ilə fərqlənirlər. Bu soxulcanlar keyfiyyətsiz, boz torpaqları bədənlərində keçirərək çürüntü ilə zənginləşdirir. Bütün bunlar nəzərə alınsa, torpağın məhsuldarlığı artar. Məsələn, bizdə buğdada orta məhsuldarlıq 32 sentnerdir. Almaniya 85, Rusiyada 45-50-dir. Biz torpaqlarımızın deqradasiyası nəticəsində hər il xaricdən 1 milyon ton ərzaq alırıq. Lakin torpaqlarımız münbit olsa bu məhsuldarlıq daha da artar". 
 


Həmsöhbətimiz bildirib ki, məhsuldarlığın az olması həm dövlətə, həm fermerə ziyandır:

"Məhsuldarlıq az olanda fermer az gəlir əldə edir, ölkənin ərzaq təhlükəsizliyi sual altına düşür. Torpaqlardan düzgün istifadə edilməməsi nəticəsində də biz ərzaq məhsullarının 50 faizinidə ixrac edirik. Bu həm heyvandarlıq, həm də bitkiçilik məhsullarına aiddir".

Kənd təsərrüfatın əsas problemlərindən biri olan su və suvarma haqqında da danışan ekoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda su ehtiyatı ən az olan ölkədir:

"Cənubi Qafqazın su ehtiyatının 10 faizi Azərbaycanın payına düşür. Ona görə də bu sahədə də yeni texnologiyalardan istifadə etməliyik. Ən effektivi isə damcı suvarma sistemidir. Bu sistem həm su qıtlığının qarşısını almaqla yanaşı, bitkinin yaxşı inkişafına, torpaqların da yuyulub tərkibinin dəyişilməməsinə səbəb olur. Kənd təəsrrüfatının inkişafı kompleks tədbirlərdən ibarət olmalıdır. Əgər bu tədbirlər vaxtında görülməsə, bizi gələcəkdə böyük təhlükə gözləyir".



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->