Xəbər lenti

İtaliyanın küçələrində yüzlərlə rusiyapərəst plakatlar peyda oldu
Dünya 23:55 14.09.2024

İtaliyanın küçələrində yüzlərlə rusiyapərəst plakatlar peyda oldu

Bu yay İtaliya şəhərlərinin küçələrində "Rusiya bizim düşmənimiz deyil” şüarı və İtaliya və Rusiya bayraqlarının rənglərində əl sıxma təsviri olan yüzlərlə plakat peyda olub.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

Bəzi plakatlarda həmçinin deyilir: "Ukrayna və İsrailə silah üçün pul ayırmaq yetər. Biz sülh istəyirik. Biz müharibəni rədd edirik".
Sovranita Popolare qrupu posterlərin yerləşdirilməsi məsuliyyətini öz üzərinə götürüb.

O, ilk dəfə iyun ayında İtaliyanın şimalında və daha sonra Verona, Modena, Parma, Pisa və Kalabriyanın cənub bölgəsindəki bir neçə şəhərdə görünən plakatların ölkədə mağazaların bağlanmasına etiraz etmək üçün yaradılan birliklər tərəfindən ödənildiyini söyləyib.

Ukraynanın Romadakı səfirliyi vəziyyətə belə cavab verib: "Biz Əbədi Şəhərdə Rusiya təbliğatının həyasızlığından dərin narahatıq”, - səfirliyin X (Twitter) sosial şəbəkəsində verdiyi bəyanatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, müxtəlif bölgələrdə afişalara rəsmi reaksiya müxtəlif olub. Bəzi yerlərdə plakatlar yerli hakimiyyət orqanları tərəfindən yığışdırılıb, digər yerlərdə isə ödəniş müddəti bitənə qədər qalmasına icazə verilib.

Romada meriya afişalarda həm şəhərin adını, həm də rəsmi simvolunu əks etdirdiyindən narazı qalıb. Öz əmri ilə o, yerli polisə və Romadakı reklam lövhələrinin sahibi olan reklam şirkətinə bütün plakatları yığışdırmağı əmr edib.

Öz növbəsində, Sovranita Popolare qrupu bir gün əvvəl kampaniyaya görə məsuliyyəti öz üzərinə götürdüyü məqalə dərc edib və İtaliya Konstitusiyasının 11-ci maddəsinə istinad edib: "İtaliya müharibəni beynəlxalq mübahisələrin həlli vasitəsi kimi digər xalqların azadlığına qarşı təcavüz aləti kimi rədd edir”.

Qrup iddia edir ki, Rusiyanın Ukraynaya təcavüzündən bəri "müttəfiq və ümumi mətbuatın dəstəklədiyi siyasətçilər, liderlər, partiyalar, hökumət yavaş-yavaş İtaliya vətəndaşlarına əl uzadaraq düşmənin Avropanı işğal etməyə yaxın olduğu qorxusu yaradır”.

Sovranita Popolare deyib: "İki ildir ki, italyan müharibə tərəfdarları rusofobiyanı, rus xalqına, mədəniyyətinə və incəsənətinə qarşı nifrət hissini qızışdırırlar”.

İtaliyanın ən yüksək media tənzimləyicisinin sözçüsü CNN-ə bildirib ki, İtaliya qanunları şəhərlərin və ya bölgələrin afişaların məzmununu təsdiqləməsini tələb etmir, lakin reklam sahəsinə sahib olan şirkətlər faşizmi və ya digər ifrat baxışları dəstəkləməyi qadağan edən qaydalara əməl etməlidirlər.

Yada salaq ki, sentyabrın əvvəlində İtaliya hökuməti müxtəlif bəyanatların dərcindən sonra Ukrayna ilə bağlı fikir ayrılıqlarında şübhəli bilinirdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->