İranın "Mehr" xəbər agentliyi ölkənin müdafiə naziri Məhəmməd Rza Aştianiyə istinadla Tehran üzərində hərbi təlimlərlə əlaqədar hava məkanının bağlanması barədə məlumat yaydığına dair məlumatları təkzib edib.
Qaynarinfo xəbər verir ki, agentlik bu barədə X-də (keçmiş Twitter) məlumat yayıb.
"Bir sıra xarici media iddia edib ki, "Mehr" xəbər agentliyi müdafiə nazirinə istinadən Tehran üzərində bütün uçuşların yerli vaxtla saat 00:00-dan etibarən hərbi təlimlər səbəbindən dayandırılacağını bildirib. Bu məlumat yalandır, "Mehr" agentliyi belə bir xəbər yaymayıb", deyə açıqlamada bildirilib.
Cümə axşamı gecəsi "Reuters" agentliyi xəbər verib ki, "Mehr" İranın Müdafiə Nazirliyinin rəhbərinə istinadən hərbi təlimlərə görə gecə yarısından etibarən Tehran üzərində bütün uçuşların dayandırıldığını elan edib. Bir müddət sonra "Reuters" agentliyi İran agentliyinin X-dəki müvafiq mesajı sildiyini və onun dərc edilməsi faktını təkzib etdiyini bildirib.
Cümə axşamı axşam "Frankfurter Allgemeine Zeitung" qəzeti Almaniyanın Lufthansa aviaşirkətinin "Yaxın Şərqdəki hazırkı vəziyyət" səbəbindən aprelin 11-dək Tehrana və oradan uçuşlarını dayandırmaq qərarına gəldiyini yazıb. Şirkət müştərilərin və ekipaj üzvlərinin təhlükəsizliyinin "əsas prioritet" olduğunu vurğulayıb.
Aydın
Şərhlər