Xəbər lenti

İrakli Kobaxidze:
Dünya 18:18 13.07.2024

İrakli Kobaxidze: "Gürcüstan 2030-cu ilə qədər Aİ-yə üzvlüyə hazır olacaq"

"2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq üçün digər namizədlərlə müqayisədə Gürcüstan Avropaya inteqrasiyaya daha yaxşı hazır olacaq". 

Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"2030-cu ilə kimi digər namizəd ölkələrlə müqayisədə Gürcüstan Avropa İttifaqına inteqrasiyaya hamıdan daha yaxşı hazır olacaq", deyə Gürcüstan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

Siyasətçi vəd edib ki, Tiflis göstərilən tarixə qədər Avropa İttifaqına üzv olmaq üçün lazımi addımları atmağa davam edəcək.

Bundan əvvəl Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski bildirib ki, Gürcüstan, ABŞ və Avropa İttifaqı arasında xarici təsirin şəffaflığı haqqında qanunla bağlı məsələlərdə ("xarici agentlər”) fikir ayrılığı var. Onun sözlərinə görə, gərginlik yalnız bu mövzuda müşahidə olunur, digər məsələlərdə isə yoxdur.

Gürcüstanın "xarici agentlər haqqında" qanunu yazdan bəri Qərbdə tənqidlərə və yerli müxalifətin etirazlarına səbəb olub. Təşəbbüsün mahiyyəti xarici təşkilatların məcburi qeydiyyata alınması və QHT-lərin gəlir mənbələrinin açıqlanmasıdır. Qanunun pozulması yalnız cərimə ilə nəticələnir. Bundan əlavə, məhdudiyyətlər yalnız hüquqi şəxslərə və KİV-lərə şamil edilir və ümumilikdə QHT-lərin fəaliyyətinə məhdudiyyətlər daxil deyil.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->