Xəbər lenti

İngiltərənin baş məşqçisi medianı ittiham etdi:
İdman 15:23 08.07.2024

İngiltərənin baş məşqçisi medianı ittiham etdi: "Məxfi məlumatları sızdırırlar"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yerli mətbuatı tənqid edərək, milli komanda haqqında məlumat sızdırdıqlarını deyib. 

HİT.az xəbər verir ki, o, "talkSPORT"a müsahibəsində bunun milli komandanın ziyanına olduğunu vurğulayıb.

"Biz futbol turnirində qalib gəlməyə çalışırıq və məşqi bitirdikdən iki saat sonra öz mətbuatımız taktiki məlumat sızdırır. Onlar yəqin ki, komandadan kimdənsə məlumat alıblar. Bəlkə bu doğrudur. Amma bu komandaya necə kömək edəcək? Bu, fərqli oynamağımızı gözləyən İsveçrəni məğlub etməyimizə necə kömək edə bilər? Mən bu barədə danışmalıyam, çünki bu, bizim işlədiyimiz mühitdir. Ağırdır, olması lazım olduğundan çox ağırdır. Ancaq biz davam edirik", deyə mütəxəsssis bildirib.

Qeyd edək ki, AVRO-2024-də İngiltərə C qrupunda birinci yeri tutub. 1/8 final mərhələsində Sautqeytin komandası Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib. Komanda 1/4 finalda İsveçrəni penalti sertiyasında yenib. İngiltərə yarımfinalda Niderlandla qarşılaşacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->