Şimali Koreya Cənubi Koreyanın məşhur BTS qrupunun musiqisinə yerli gənclər arasında hədsiz həvəs olduğu iddia edildiyinə görə ona qarşı mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu fikri Cənubi Koreyanın müdafiə naziri Şin Von Şik "Reuters" agentliyinə müsahibəsində bildirib.
Şik bildirib ki, Şimali Koreya Gənclər arasında onların rəqslərini təqlid etmək çılğınlığı yarandığı üçün BTS-in populyarlığını əngəlləməyə çox çalışır.
Bu bəyanat Cənubi Koreyanın Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarını bərpa etməsi kontekstində verilib. Bu aksiyalar 2018-ci ildən həyata keçirilmirdi və Şimali Koreyanın içində zibil olan şarların Cənuba göndərməsindən sonra bərpa edilib.
Nazir bildirib ki, BTS-in musiqisini Şimali Koreyaya yaymaq psixoloji müharibənin effektiv formasıdır və Şimali Koreya cəmiyyətində dəyişiklik üçün katalizator ola bilər.
BTS - Beyond The Scene 2013-cü ildə yaradılmış Cənubi Koreya qrupudur. Müxtəlif ölkələrdə tanınıb və beynəlxalq musiqi müsabiqələrində qalib olub.
Aydın
Şərhlər