Xəbər lenti

Şimali Koreya əsgəri silahsızlaşdırılmış zonadan keçərək Cənuba qaçdı
Dünya 17:47 21.08.2024

Şimali Koreya əsgəri silahsızlaşdırılmış zonadan keçərək Cənuba qaçdı

Çərşənbə axşamı, avqustun 20-də Şimali Koreya əsgəri KXDR-dən Cənubi Koreyaya qeyri-qanuni şəkildə sərhədi keçib ki, bu da son iki həftədə ikinci belə hadisə olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” agentliyi məlumat yayıb.

Cənubi Koreya ordusu şərq sərhədində "KXDR-dən olan şübhəli”ni saxladığını və hüquq-mühafizə orqanlarına təhvil verdiyini bildirib. Yonhap-ın məlumatına görə, bu, Şimali Koreyadan olan baş çavuşdur. 

"Hazırda təhqiqat gedir, ona görə də biz əsgərin qaçmasının təfərrüatlarını və ya əsgərin motivlərini açıqlaya bilmərik”, - deyə hərbçilər bildirib.

Bundan əlavə, avqust ayında Şimali koreyalı bir mülki şəxs də Cənubi Koreya ərazisinə daxil olmaq üçün iki ölkəni ayıran çayın mənsəbindən keçib.

"Yonhap”ın məlumatına görə, Şimali Koreyadan fərarilərin axını şiddətli ərzaq çatışmazlığı və sərt siyasi repressiyalar fonunda davam edir.
2024-cü ilin birinci yarısında 105 KXDR vətəndaşı Cənubi Koreyaya qaçıb. Keçən il onların sayı 99 olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->