Xəbər lenti

İlham Zəkiyev Avropa ikincisi oldu
İdman 20:08 09.08.2023

İlham Zəkiyev Avropa ikincisi oldu

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, Dürsədəf Kərimova (+70 kq) ilə Namiq Abaslı (73 kq) gümüş, Xatirə İsmiyeva (+70 kq) ilə İsmayıl Muradov (60 kq) isə bürünc medal qazanıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->