Xəbər lenti

İlham Əliyev üç şəhid hərbi qulluqçunu təltif etdi (FOTO)
Ölkə 12:03 17.08.2024

İlham Əliyev üç şəhid hərbi qulluqçunu təltif etdi (FOTO)

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu "Vətən uğrunda" medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.


Gizir Rüfət Əliyev 


Mayor Baxış Baxışlı


Əsgər Əli Nağıyev  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->