Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib
"Report"un məlumatına görə, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.
Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini - İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.
Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.
Şərhlər