Xəbər lenti

İçərişəhərdə zivədən qadın paltarı oğurladı - 23 günlük həbs edildi
Ölkə 20:25 11.09.2023

İçərişəhərdə zivədən qadın paltarı oğurladı - 23 günlük həbs edildi

İçərişəhərdə zivədən asılmış 100 manat dəyərində qadın libası oğurlayan şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma nəticəsində hadisəyə görə 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Teymur (ad-şərti) adlı şəxs saxlanılıb. 

Teymur maddi imkanı olmadığından oğurluq etdiyini etiraf edib. 

Məhkəmənin qərarı ilə Teymur İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, barəsində 23 gün müddətində inzibati həbs növündə tənbeh tətbiq olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->