Xəbər lenti

Həbsxanadan qaçmaq istəyən 129 nəfər öldü, qadınlar zorlandı
Dünya 14:34 03.09.2024

Həbsxanadan qaçmaq istəyən 129 nəfər öldü, qadınlar zorlandı

Konqo Demokratik Respublikasında Kinşasadakı Makala həbsxanasından qaçmağa cəhd zamanı azı 129 nəfər ölüb, 59 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik üzrə baş nazirinin müavini Cakmin Şabani bildirib. 

Onun sözlərinə görə, sentyabrın 2-nə keçən gecə iğtişaşlar fonunda həbsxanada yanğınlar başlayıb, nəticədə bir neçə inzibati obyekt və ərzaq anbarları dağıdılıb.

"İlkin məlumatlara görə, 129 nəfər həlak olub. Onlardan 24 nəfər xəbərdarlıqdan sonra aldığı güllə yarasından, qalanları isə əzilmə və ya boğulma nəticəsində dünyasını dəyişib. Bundan əlavə, biz hökumətin himayəsində olan 59 yaralını saydıq. Bir neçə qadın isə zorlama ilə üzləşib", deyə nazir X sosial şəbəkəsində yazıb.

"Actualite" portalının məlumatına görə, Makala həbsxanası 1,5 min məhbus üçün nəzərdə tutulub, lakin orada bir neçə mindən çox insan saxlanılır. Portal qeyd edir ki, belə sıxlıq Konqo Respublikasının paytaxtı Kinşasa əhalisinin 2012-ci ildəki 9 milyon nəfərdən 2021-ci ildə təxminən 15 milyon nəfərə qədər artması ilə bağlıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->