Xəbər lenti

Gürcüstanın baş naziri Abxaziya və Cənubi Osetiyanın qaytarılması planlarından danışıb
Dünya 20:38 26.05.2024

Gürcüstanın baş naziri Abxaziya və Cənubi Osetiyanın qaytarılması planlarından danışıb

Baş nazir Abxaziya və Cənubi Osetiyanın qaytarılmasından danışdı

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz nəzarətinə qaytarmağı və 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olmağı planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.

"Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır", deyə siyasətçi yazıb.

Fevral ayında Kobaxidze Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının iclasının yekunlarına dair brifinqdə bildirmişdi ki, ölkə 2030-cu ilə qədər Avropa İttifaqına daxil olmağı gözləyir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->