Ruqəyyə Kəbirinin "Quşlar daha qorxmurlar” romanının farsca tərcüməsi (Pərəndeha digər nemitərsənd) təqdirəlayiq roman kimi tanınsa da, 19 və 20-ci dövrlərində (ana dilindən farscaya tərcümə bölməsinin birinci və ikinci dövləri) noyabrın 2-də keçirilən 21 və 22-ci dövlərdə (ana dilindən farscaya tərcümə bölməsinin 2 və 3-cü dövlərində) "Mirra ağacınin kəhrəba gözləri" romanının farsca tərcüməsi (Çeşmane kəhrobaiye derəxte mirr) birici yerə layıq görülüb.
Qaynarinfo xəbər verir ki, Həmzə Fərəhtinin farscaya tərcümə etdiyi bu roman Tehranın "Nişanə” nəşriyyatında, həmçinin Bakının "Qanun” nəşriyyatında çap olunub.
Ruqəyyə Kəbiri Mehrqan ədəbi mükafatını alarkən deyib:
"Sözümə yaşam mənşəyi olan qadın adıyla başlayıram, bu yaşam mənşəyinin davamı ən azı ədəbiyyat ərsəsində zehni hasarları dağıdıb, azadlıq deyilən mənaya çatır. Qadın yaşam mənşəyidirsə, ana dili bu yaşamın güvənli evidir. Hana Arent demişkən: ana dilinin yerini tutacaq heç bir şey yoxdur".
Kəbiri çıxışında İranda mədəni və dil plüralizminə toxunaraq əlavə edib:
"Əgər hakim dilin bütün sahələrdə üstünlüyü bitməzsə, Reza Bərahəninin vurğuladığı sağalmaz yara nəsildən-nəslə davam edəcək".
Kəbiri sözünün sonunda "Mehrqan ədəb" təşkilatından ana dilində yazılan əsərlərin Orijinal dil ilə qiymətləndirilməsini tələb edib.
Qeyd edək ki, "Mehrgan" mükafatı İranda fəaliyyət göstərən yeganə müstəqil mükafatdır. Bu mükafata fars ədəbiyyatı və elm ilə ətraf mühit daxildir. 19 və 20-ci dövrlərdən etibarən "Mehrgan ədəb" İran cəmiyyətində plüralizmin qiymətləndirilməsi münasibəti ilə mükafatlarına ana dilindən fars dilinə tərcümə adlı başqa bir bölmə əlavə edib.
Şərhlər