Xəbər lenti

Generalın rektor olduğu akademiyanın saytı ilə bağlı RƏSMİ AÇIQLAMA:
Ölkə 18:03 11.09.2024

Generalın rektor olduğu akademiyanın saytı ilə bağlı RƏSMİ AÇIQLAMA: "Təmirə dayanmışdı..."

Ötən gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasının veb-səhifəsinin ləğv edilməsi ilə bağlı yayımladığımız xəbərə təhsil ocağından rəsmi reaksiya verilib.

Məsələ ilə bağlı Qaynarinfo ilə əlaqə saxlayan Akademiyanın əməyin mühafizəsi kafedrasının rəisi, saytın nəzarətçisi Xalid Həsənov suallarımızı cavablandırıb.

Onun sözlərindən məlum olub ki, Akademiyanın rəsmi saytı artıq yeni domendə fəaliyyət göstərəcək: https://fhna.edu.az. Əvvəlki domen- Akademiya.fhn.gov.az isə ləğv edilib.

"Əvvəlki domen nazirliyin veb-səhifəsində sub-domen kimi fəaliyyət göstərirdi. Nazirliyin veb səhifəsi ilə bərabər, bizim də saytımız təmirə dayandığı üçün işləmirdi. Yeni tədris ilindən yeni saytımız fəaliyyət göstərir, bundan sonra fəaliyyətimizlə bağlı məlumatlar burada yayımlanacaq" - deyə X.Həsənov bildirib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->