Xəbər lenti

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb (YENİLƏNİB)
Ölkə 21:00 11.08.2024

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb (YENİLƏNİB)

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.
 
19.00

Göygöldə yas mərasimində kütləvi zəhərlənmə baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 40-dan çox insan qidadan zəhərlənib.

Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.

Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->