Xəbər lenti

Fiko Ukraynada müharibənin tezliklə bitəcəyini dedi
Dünya 16:39 16.10.2024

Fiko Ukraynada müharibənin tezliklə bitəcəyini dedi

Slovakiyanın baş naziri Robert Fiko AB sammiti öncəsi Ukraynada müharibənin tezliklə bitəcəyi ilə bağlı fikir bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiyanın TASR xəbər agentliyi yazır.

"Ukraynada müharibənin qısa müddətdə sona çatma ehtimalı çox yüksəkdir" deyən Fiko qeyd edib ki, o, Avropa Şurasının iclasının bunun nə zaman baş verə biləcəyini göstərəcəyini gözləyir, "çünki Ukraynanın NATO-ya dəvət edilməsi mövzusu gözlənilmədən gündəmə gəlir".
Onun fikrincə, bu dəvət "havayı” olmayacaq.

Baş nazir Ukraynaya ədalətli sülh arzulayıb, lakin sual edib ki, indiki şəraitdə buna nail olmaq mümkündürmü?

O, hökumətinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin həlli üçün təklif olunan istənilən sülh planını dəstəkləyəcəyini təsdiqləyib.

Bundan əlavə, o, Çinə qarşıdakı səfərinin gündəmində sülh danışıqlarının da olacağını bildirib.  

Eyni zamanda Fiko Rusiya ilə hər zaman balanslı münasibətlərə can atdığını bəyan edib. Onun fikrincə, etiraf etmək lazımdır ki, ruslar Krımı və Donetsk və Luqansk vilayətləri kimi digər əraziləri tərk etməyəcəklər. Onun fikrincə, ruslar getdikcə daha çox ərazi ələ keçirir və münaqişənin hərbi həlli yoxdur.      

Slovakiyanın Ukraynaya humanitar yardımı davam etdirdiyini deyən baş nazir, ən lazımlı dəstəyin elektrik enerjisinin tədarükü olduğunu bildirib.

O, Slovakiyaya neft və qaz idxalı məsələsində Ukraynadan əməkdaşlıq gözləyir. "Mən Adriatik okeanının bir yerindən neft idxal etməkdən imtina edirəm" deyib və bu halda tariflərin artacağını bildirib.

"Bizim vəzifəmiz Slovakiyadan tranzitin davam etməsini, Ukrayna ərazisindən tranzitin, istər neft, istərsə də qazın davam etməsini təmin etməkdir”, - o qeyd edib.

Robert Fiko bu yaxınlarda bəyan edib ki, o, hökumətin başçısı kimi heç vaxt Ukraynanın NATO-ya daxil olmasına razı olmayacaq.

Fiko Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə bitdikdən sonra Rusiya ilə normal münasibətləri bərpa etmək istədiyini də bildirib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->