Xəbər lenti

Fatimə:
Maqazin 16:35 08.04.2024

Fatimə: "İndi eşdirəm ki, keçmiş gəlinlərinə zülm verir"

"Ailə quranda valideynin sözünə qulaq asın. Onların xeyir-duasını alın. Qayınanam yaxşı olsaydı, birinci ailəm davam edərdi. İndi də eşidirəm ki, o, gəlinlərinə zülm verir. Evi ayrıdır. İki oğlunun da evinin açarı özündədir. Nə vaxt istəsə, girir-çıxır. Mənim yerimdə olan gəlin var. Ondan gizlədirlər məni. Guya heç olmamışam. O boyda qızı var, babadır. Amma danır".

Qaynarinfo xəbər verir ki, bu sözləri rəqqasə fatimə Fətəliyeva "Söz-baz" verilişində deyib. Şəxsi həyatından danışan sənətçi ikinci həyat yoldaşından boşanması ilə bağlı sualı cavabsız qoyub:

"Ayrılmaq söhbətlərini danışmayaq. Birincisi, bizdə toy olmayıb. Bəzi ağzıgöyçəklər yazırlar ki, camaatın ailəsini dağıtmısan. Mən heç kimin ailəsini dağıtmamışam. İkinci ailəm də böyük problemlərlə quruldu. Xəyalla, onun işi ilə bağlı həmişə demişəm ki, belə xəbərlər verməyin. Bir dəfə uşağı məktəbə aparırdıq. Bir də gördük ki, elə bil Ancelina Coli ilə Bred Pittlə gəliblər. Hər yerdə şəkillərimiz yayıldı. Evdə qırğın oldu. Mənim oğlumun atası çox gözəl insandır. Həmişə deyirəm ki, Allah mənim canımı alsın, onun ömrünü uzatsın. Nə yaxşı ki, belə bir kişidən oğlumu dünyaya gətirdim. Aydanın atasına o sözləri deyə bilmərəm. Hüseyn də xoşbxətdir ki, elə atası var. Aydanın da bu gün atası Aydın olmalıdır. Amma yoxdur. Onun atası da Xəyaldır. Uşaq vaxtından da onu görüb. Hüseynin də bir bacısı var. O da Aydandır".

Qeyd edək ki, Fatimənin birinci nikahdan Aydan adlı qız, ikinci evliliyindən isə Hüseyn adlı oğul övladı var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->