Xəbər lenti

Expressbankın Lənkəran filialı fəaliyyətə başladı!
Ekonomiks 12:00 23.08.2024

Expressbankın Lənkəran filialı fəaliyyətə başladı!

Expressbank filial şəbəkəsini genişləndirərək Lənkəran filialını müştərilərin xidmətinə verib. Sayca 16-cı olan bu filial bankın cənub regionunda fəaliyyətə başlayan ilk filialıdır.

Müştərilərinə təqdim etdiyi rahatlığı Lənkəran və ətraf ərazilərdə yaşayanlar üçün də əlçatan edib. Müştərilər filiala yaxınlaşaraq kredit sifarişi, bank əməliyyatları, kart alışı, valyuta mübadiləsi, köçürmələr və digər bank xidmətlərindən yararlana bilərlər.

Filial Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi 7 ünvanında, Lənkəran Rayon Məhkəməsinin yanında yerləşir.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" – İşiniz rahat getsin!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->