Xəbər lenti

Evə oğurluğa girdi, bir banka qəpik apardı
Ölkə 20:16 05.08.2024

Evə oğurluğa girdi, bir banka qəpik apardı

Bakıda oğurluğa girdiyi evdən bankada olan təxminən 100 manat məbləğində qəpik pulları oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş B.K. Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində evlərin birinə oğurluğa girib. 
 
O, evin qonaq otağında olan stolun üzərindən "Dell" markalı bir ədəd noutbuku çantası və elektrik qidalandırıcısı ilə birlikdə, "Samsung A30" markalı mobil telefonu, "Honor" markalı qol saatını, digər otaqdan bankada olan təxminən 100 manat məbləğində qəpiyi götürüb. Həmin şəxs küçəyə çıxaraq avtobus dayanacağına gedib. 185 nömrəli avtobusa əyləşərək, 8-ci km bazarına yollanıb. Oğurladığı əşyaları satıb və qəpikləri manata çevirərək cibinə qoyub.

B.K. saxlanlaraq barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 3 il 5 ay 25 gün müddətə azadlıqdan məhrum edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->