Xəbər lenti

Estoniya “ağır” müdafiə vergisi tətbiq edəcək
Dünya 19:10 16.07.2024

Estoniya “ağır” müdafiə vergisi tətbiq edəcək

Estoniya 2027-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər müdafiə vergisini tətbiq edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə ERR portalı xarici işlər nazirliyi Marqus Tsaxknayua istinadən yazıb.

"Müdafiə vergisi cəmiyyət üçün ciddi vergi yükü olacaq. Çoxkomponentli olacağı gözlənilir. İkinci vacib məqam odur ki, müvəqqəti olaraq müdafiə vergisi tətbiq olunacaq", deyə Tsaxkna bildirib.

Nazirin sözlərinə görə, verginin məbləği əhalinin müxtəlif kateqoriyaları üçün gəlirlərindən asılı olaraq dəyişəcək.

Mayın sonunda "Der Spiegel” jurnalı Baltikyanı ölkələr və Polşanın Ukraynaya qoşun yeritməklə hədələdiyini yazıb. Nəşrin yazdığına görə, Baltikyanı rəsmilər Almaniya da daxil olmaqla, Qərbin kifayət qədər dəstəyi olmadığı üçün Rusiya ordusunun cəbhədə ciddi uğur qazana biləcəyindən ehtiyat edirlər.

Belə olan halda onlar Rusiya Silahlı Qüvvələrinin öz sərhədlərinə yaxınlaşmasını gözləməyə hazır deyillər və Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşırlar ki, bu da NATO-nu münaqişənin iştirakçısına çevirəcək. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->