Xəbər lenti

Şəmkirdə arxeoloji tədqiqatlar aparılan ərazidə əkin-biçin aparılır - ARAŞDIRMA
Ölkə 13:59 25.08.2024

Şəmkirdə arxeoloji tədqiqatlar aparılan ərazidə əkin-biçin aparılır - ARAŞDIRMA

Şəmkirdə 2006-cı ildən arxeoloji tədqiqatlar aparılan ərazinin yaxınlığında əkin-biçin və inşaat işləri aparılır.

Xezerxeber.az xəbər verir ki, burada tədqiqat aparan ekpedisiyanın rəhbəri deyir ki, abidənin qorunması Azərbaycan tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

2006-cı ildə aşkar olunan tarixi qalıqlara istinadən ərazidə intensiv arxeoloji araşdırmalar 2017-ci ilədək davam edib.

Qoruq rəhbərliyi tərəfindən sözügedən ərazilərin müəyyən olunması və geri qaytarılması ilə bağlı əlaqədar instansiyalara rəsmi müraciətlər də olunub.

Qeyd edək ki, sözügedən ərazilər sakinlərin istifadəsinə arxeoloji qazıntıların başlaması və tarix-mədəniyyət qoruğunun yaradılmasından xeyli əvvəl verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->