Qiymətləndirmə konsaltinq şirkəti "Brand Finance"in hesabatına əsasən, "Real Madrid" dünyanın ən dəyərli futbol brendləri reytinqinə başçılıq edir.
Qaynarinfo xəbər verir ki, Madrid klubunun dəyəri 1,805 milyard dollardır.
İkinci yerdə İngiltərənin "Mançester Siti” klubu (1,726 milyard dollar) qərarlaşıb. İlk "üçlüy"ü Kataloniya "Barselona”sı (1,653 milyard dollar) qapayır.
Siyahının 4-10-cu yerlərində ardıcılı olaraq "Mançester Yunayted", "Liverpul", "Bavariya", PSG, "Arsenal", "Tottenhem" və "Çelsi" qərarlaşıb.
Aydın
Şərhlər