Alimlər dünyada ilk dəfə böyrək hüceyrələrinin bərpasının mümkün olduğunu sübut ediblər.
Bu barədə "Nature Communications” jurnalında qeyd olunub.
Sinqapur Milli Ürək Mərkəzindən və Almaniyadan olan mütəxəssislərdən ibarət alimlər qrupunun apardığı tədqiqatın nəticələrində qaraciyərdə, ağciyərdə və ürəkdə, həmçinin kəskin və xroniki böyrək xəstəliklərində çapıqlara səbəb olan IL-11 zülalına diqqət yetirilib. Tədqiqatçılar müəyyən ediblər ki, bu zülal böyrəklər zədələndikdə molekulyar proseslər zəncirini işə salır, bu, iltihaba, fibroza və orqan funksiyalarının itirilməsinə səbəb olur. Lakin, proses IL-11-ə bağlanan antikorun tətbiqi ilə bloklandıqda, böyrək borucuqlarının hüceyrələrinin yayılması (toxumanın böyüməsi), həmçinin iltihabın bərpası və aradan qaldırılması baş verir ki, bu da böyrəkləri sağlam vəziyyətə qaytarır.
Alimlərə görə, onların kəşfi xroniki böyrək xəstəliklərinin müalicəsinin mövcud üsullarına yenidən baxmağı zəruri edir.//AzərTac
Şərhlər