Xəbər lenti

DTX rəisi: “Azərbaycanda müasir çağırışlara adekvat cavab verən təhlükəsizlik sistemi qurulub
Ölkə 09:47 10.05.2023

DTX rəisi: “Azərbaycanda müasir çağırışlara adekvat cavab verən təhlükəsizlik sistemi qurulub"

"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub”.

Qaynarinfo xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev "Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal təhlükəsizliyimizə çoxsaylı təhdidlər mövcuddur:

"Yeni müharibə və münaqişə ocaqları, terrorçu və ekstremist qüvvələrin öz fəaliyyətlərini aktivləşdirməsi, regionumuzun bəzi ölkələrinin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyətini həyata keçirməsi cəhdləri bizi daim ayıq-sayıq olmağa sövq edir”.

DTX rəisi vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub:

"Dövlət başçısı tərəfindən milli təhlükəsizliyimizin etibarlı təmin olunması üçün qarşıya mühüm vəzifələr qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmində və gücündədir. Xalqımızı və müzəffər Ali Baş komandanı əmin edirik ki, Ulu Öndərin peşəkarlıq məktəbini layiqli şəkildə davam etdirərək gecə-gündüz yorulmadan çalışan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bundan sonra da respublikamızın müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə yönələn hər cür plan və niyyətlərin qarşısını qətiyyətlə alacaq!”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->