Xəbər lenti

Deputat yaşı keçmiş vəzifəlilərdən danışdı:
Ölkə 12:24 23.02.2024

Deputat yaşı keçmiş vəzifəlilərdən danışdı: "Heç olmasa qanunları dəyişib..."

"Konstitusiya hakiminin vəzifədə olması ilə bağlı yaş həddi 70-dir. Fikrət müəllimin hələ 1 il 4 ay vaxtı var. Yəni bu məsələdə hələ heç bir problem yoxdur. Sadəcə olaraq diqqəti ona yönəltmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin digər üzvləri var, onların 70 yaşı tamam olub". 

Qaynarinfo xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat bildirib ki, üstündən də xeyli vaxt keçir, amma onlarla bağlı yeni təqdimatlar daxil olmur: 

"Biz, təkcə Konstitusiya Məhkəməsində yox, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük. Hesab edirəm, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən vicdanlı hüquqşünaslar var. Onlar o vəzifələrə təyin oluna bilərlər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən Konstitusiya Məhkəməsi haqqında qanununu dəyişib 70 yaş məsələsini çıxarmaq lazımdır. Yaxud hakimlərlə, digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq lazımdır. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Ona görə də, mən, təklif edirəm ki, tezliklə biz, müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->