Xəbər lenti

Deputat Vətən müharibəsində arxa cəbhədə olanların veteran kimi tanınmasını təklif etdi
Ölkə 14:50 07.05.2024

Deputat Vətən müharibəsində arxa cəbhədə olanların veteran kimi tanınmasını təklif etdi

"II Dünya müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanıyırıq, amma Vətən müharibəsində olanları yox". 

Qaynarinfo xəbər verir ki, bunu  Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"9 may II Dünya müharibəsində qələbənin ildönümü gəlir. Bu münasibətlə mən, hər kəsi təbrik edirəm. Həm də, müharibədə dünyasını dəyişmiş insanları hörmətlə anıram, Allah onların ruhunu şad etsin. Cənab prezident mayın 2-də sərəncam imzaladı ki, II Dünya müharibəsi veteranlarının, onların dul qalmış ailə üzvlərinin, arxa cəbhəə veteranlarının hər birinə min manat, ümumilikdə 3 milyon manat vəsait ayrılın. Buna görə, prezidentə təşəkkür edirəm. Vətən müharibəmizdə topraqlarımızı işğaldan azad etmiş bir qrup hərbçi mənimlə görüşdü və müraciət etdilər ki, bunlar prezidentin sərəncamına uyğun olaraq, 2020-ci il sentyabrın 28-də səfərbərlik olanda orduya çağırılıblar, arxa cəbhədə ordunun təchizatı ilə məşğul olublar. Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır", deyə deputat bildirib.

O qeyd edib ki, II Dünya müharibəsində arxa cəbhədə olanaları veteran kimi tanınsa da, Vətən müharibəsində olanlar tanınmır: 

"Söhbət 80 manat veteran pulundan gedir. Onlar bildirdilər ki, həmin puldan imtina edirlər. Sadəcə olaraq ola bilsin ki, "Arxa cəbhə veteranı" adında yeni statusda ad verilsin. Sadəcə istəyirlər ki, bu müharibədə iştirak elədikləri dövlət tərəfindən hansısa formada qeyd olunsun".

Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->