"2023-cü ildə heç bir ciddi hüquqi əsası olmadan ölkə sərhədləri bağlı saxlanıb".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev vurğulayıb ki, adam başına düşən ÜDM-də 0.5 faiz artım olub və bu göstərici Qərbi Avropa ölkələrindən 8-10 dəfə azdır:
"Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq. Ciddi islahatlara gedilməlidir və iqtisadiyyata hökümətin nəzarətinə son qoyulmalıdır".
Deputat bildirib ki, hesabat ilində sahibkarların incidilməsi davam edib:
"Mülkiyyətin qorunması, qanunçuluğun gücləndirilməsi istiqamətində ciddi uğurlar əldə edə bilməmişik".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər