Xəbər lenti

Deputat:
Ekonomiks 13:36 23.04.2024

Deputat: "1 milyard pul götürüldü, dağıdıldı, layihə göz dağı kimi qaldı"

"Qaradağda dənizdə layihə üçün Dünya Bankından 1 milyard pul götürüldü, faktiki olaraq bu pul dağıdıldı. Qaradağda dənizdə olan yarımçıq tikinti göz dağı kimi orada qalır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlətin payı olan bankların və fondların bu cür layihələri maliyyələşdirilməsinə qadağa qoyulmalıdır: 

"Bank zəmanəti olmalıdır. Hesab edirəm ki, bu bank dövlət bankı ola bilməz. Ona görə ki, biz, gələcəkdə dövlət bankını özəlləşdirməyə də çıxara bilərik. Və o zaman özəl kommersiya bankının rəhbəri heç ümumiyyətlə o öhdəliklərdən imtina edə bilər. Deyə bilər ki, tutaq ki, bu avantürist layihədir, niyə bu layihəni maliyyələşdirməliyəm. Ona görə də dövlətin payı olan bankların və fondların bu cür layihələrin maliyyələşdirilməsinə qanunvericiliklə qadağa qoyulmalıdır.
 
İkincisi bu sənədlər təqdim olunandan sonra artıq müəyyən ekspertiza işlərinin aparılması üçün ilkin müvafiq icra hakimiyyəti orqanının razılığı olmalıdır. Bu razılıq da ona görə lazımdır ki, qeyd elədiyim kimi həmin müvafiq fiziki yaxud hüquqi şəxs müvafiq dövlət orqanlarına müraciət etmək üçün əlində hansısa sənəd olsun. Yoxsa özü gedib deyə bilməz ki, dövlətin istənilən bir ərazisində-dəniz suları da dövlətin ərazisidir-mən gəlmişəm, mənim üçün ekspertiza keçirin. Yəni mən hesab edirəm ki, burada məntiq də yoxdur."

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->