Xəbər lenti

Daşkəsəndə kəndə ildırım düşdü, elektrik xətti sıradan çıxdı
Ölkə 20:05 25.08.2024

Daşkəsəndə kəndə ildırım düşdü, elektrik xətti sıradan çıxdı

Daşkəsəndə elektrik dirəyinin üstünə ildırım düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

İldırım düşməsi nəticəsində elektrik xəttində yanğın baş verib. Hadisə vaxtı xəsarət alan olmayıb. Xoşbulaq kəndinə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->